Bağdadda ABŞ səfirliyinin yaxınlığında pilotsuz təyyarə vurulub.

Nərmin
0 Min Read

izmedia.az xəbər verir ki, Bağdad şəhərində yerləşən ABŞ səfirliyi yaxınlığında pilotsuz uçuş aparatı vurulub.

İraq təhlükəsizlik mənbələrinin məlumatına görə, gecə saatlarında səfirlik ətrafında pilotsuz müşahidə dronu aşkar edilib. ABŞ səfirliyinin təhlükəsizlik qüvvələri və İraqın hava hücumundan müdafiə sistemləri dərhal müdaxilə edərək dronu zərərsizləşdirib.

Qeyd olunur ki, İraq ərazisində İran tərəfindən dəstəklənən silahlı qruplar daha əvvəl də ABŞ-ın diplomatik obyektlərini pilotsuz uçuş aparatları ilə hədəfə alıblar.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş