Yaponiyada tayfun nəticəsində 100 minə yaxın bəzək balığı sel sularına qarışaraq tələf olub

1 Min Read
“Kyodo” agentliyinin verdiyi məlumata görə, Yaponiyanın Çiba prefekturasında tüğyan edən “Dujuan” tayfununun yaratdığı güclü daşqınlar Narita şəhərindəki balıq təsərrüfatına ağır zərbə vurub. Nəticədə satış üçün nəzərdə tutulan 100 minə yaxın dekorativ koi balığını sel suları aparıb.
Təsərrüfat sahibi xaricdə olduğundan zərərin miqyasını yalnız geri qayıtdıqdan sonra öyrənə bilib. Məlum olub ki, daşqın zamanı fermadakı balıqlardan yalnız 200-300 ədədi sağ qalıb.
Təbii fəlakət prefekturanın şimal hissəsindəki kənd təsərrüfatı torpaqlarına, düyü tarlalarına, ilanbalığı fermalarına və çiyələk təsərrüfatlarına da ciddi ziyan vurub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş