izmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO müttəfiqi Almaniya ilə bağlı növbəti sərt açıqlama verib.
Məlumata görə, Donald Tramp Almaniya kansleri Friedrich Merz barədə danışaraq onun diqqətini daha çox daxili problemlərə yönəltməli olduğunu bildirib.
Tramp qeyd edib ki, Almaniya rəhbərliyi xüsusilə immiqrasiya və enerji sahələrində mövcud çətinliklərin həllinə daha çox vaxt ayırmalıdır.
O, həmçinin vurğulayıb:
“Almaniya kansleri Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün daha çox səy göstərməli və İranın nüvə təhlükəsini aradan qaldırmağa çalışanlara müdaxilə etmək üçün daha az vaxt sərf etməlidir.”
Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi fonunda Vaşinqton və Berlin arasında bəzi məsələlər üzrə fikir ayrılıqları davam edir.
![]()
