Avropa futbolunda ikinci dərəcəli klub turniri olan UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.
İzmedia.az xəbər verir ki, İngiltərə təmsilçiləri arasında keçirilən görüşdə “Nottingem Forest” doğma meydanda “Aston Villa”nı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 71-ci dəqiqədə Kris Vud penaltidən vurub.
Digər qarşılaşmada Portuqaliyanın “Braqa” klubu Almaniyanın “Freiburq” komandasını 2:1 hesabı ilə üstələyib. Meydan sahiblərinin qollarını 8-ci dəqiqədə Demir Ege Tıknaz və 90+2-ci dəqiqədə Mario Dorgeles vurublar. Qonaq komandanın yeganə qolunu isə 16-cı dəqiqədə Vinçenzo Qrifo qeyd edib.
Cavab oyunları mayın 7-də keçiriləcək.
UEFA Avropa Liqasının finalı isə mayın 20-də İstanbulda yerləşən “Beşiktaş Park” stadionunda baş tutacaq.
![]()
