FİFA prezidenti Canni İnfantino İran millisinin 2026-cı il dünya çempionatında iştirak edəcəyini açıqlayıb.
İzmedia.az xəbər verir ki, İnfantino bu barədə Kanadanın Vankuver şəhərində keçirilən 76-cı FİFA Konqresində danışıb. O, İran yığmasının mundial çərçivəsində oyunlarını ABŞ-da keçirəcəyini bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə mübarizə aparacaq.
![]()
