Polşa XİN rəhbəri Kaja Kallasın “sərt mövqeyinə” heyranlığını ifadə edib

Nərmin
1 Min Read

Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkə X-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas haqqında diqqətçəkən paylaşım edib.

İzmedia.az xəbər verir ki, Sikorski Kallasın çıxışını yüksək qiymətləndirərək bəzi kişilərin onun nümayiş etdirdiyi “qətiyyət və möhkəmlik” kimi xüsusiyyətlərə sahib olmasını arzuladığını bildirib.

Məlumata görə, bu açıqlama Kaja Kallasın Qərb ölkələrini Rusiya qarşısında yumşaq mövqe sərgiləməməyə çağırdığı və Moskva ilə münasibətlərin normallaşmasının mümkün olmadığını dediyi çıxışdan sonra verilib.

Sikorski sosial şəbəkə paylaşımında Avropa siyasətində bəzi kişilərin kifayət qədər qətiyyətli olmadığını da vurğulayıb. Onun sözləri müxtəlif siyasi dairələrdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə məsələyə qısa reaksiya verərək “qısqanclıq” ifadəsini işlədib.

Qeyd edək ki, son aylarda Avropa İttifaqı rəsmiləri və Rusiya nümayəndələri arasında sosial şəbəkələrdə sərt ritorika ilə müşayiət olunan qarşılıqlı açıqlamalar artmaqdadır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş