“Algemeen Dagblad” qəzetinin prokurorluq orqanlarına istinadən yaydığı məlumata görə, Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya sui-qəsd hazırlamaqda şübhəli bilinən bir nəfəri saxlayıb.
Bildirilib ki, 33 yaşlı Haaqa sakini hücum planını fevral ayında hazırlamağa başlayıb.
Axtarış zamanı polis onun üzərindən şahzadələrin adları həkk olunmuş iki balta müsadirə edib. Bundan əlavə, şahzadələrin adlarının qeyd olunduğu və “qırğın törətmək” niyyətinin ifadə edildiyi bir vərəq də aşkarlanıb.
Məhkəmənin iş üzrə dinləmələrə 4 may tarixində başlayacağı bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Hollandiya taxt-tacının varisi anonim təhdidlər aldıqdan sonra ciddi mühafizə altına götürülmüş və kollec yataqxanasından köçürülmüşdü.
İzmedia.az
![]()

