ABŞ Hərbi Dəniz Qüvvələri: USS Higgins esminesində elektrik nasazlığı baş verib

1 Min Read

ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının sözçüsü Metyu Komer TASS agentliyinə bildirib ki, aprelin sonlarında USS Higgins esminesinin elektrik sistemində nasazlıq gəmidə tam elektrik kəsintisinə səbəb olub.

Bəyanatda qeyd olunur: “28 aprel 2026-cı ildə Hind-Sakit okean bölgəsində planlaşdırılmış əməliyyatlar zamanı Arleigh Burke sinifli USS Higgins esminesi enerji paylama sistemində texniki nasazlıq olduğunu bildirib. USS Higgins gəmidə elektrik kəsintisi ilə üzləşib və nəticədə hərəkətverici sistem müvəqqəti sıradan çıxıb”.

Məlumata görə, gəmidə enerji təchizatı artıq bərpa olunub. Həmçinin bildirilir ki, nasazlıq zamanı hadisə “alov və tüstü ilə müşayiət oluna bilər”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş