İsrailin Livana hücumu: 12 nəfər həlak olub.

Nərmin
1 Min Read

İsrail ordusunun Livanın cənubundakı Habbuş şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12-yə çatıb, 25 nəfər yaralanıb.

izmedia.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri hücum təhdidindən sonra axşam saatlarında Habbuş şəhərini hədəfə alıb.

Livan Səhiyyə Nazirliyi hücum nəticəsində 12 nəfərin həyatını itirdiyini, bir gənc qız və dörd qadın da daxil olmaqla 25 nəfərin yaralandığını açıqlayıb. Nazirlik daha əvvəl altı nəfərin öldüyünü, səkkiz nəfərin yaralandığını bildirmişdi.

17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir.

Qeyd edək ki, İsrail ordusu 2 mart tarixindən etibarən Livana intensiv hava zərbələri endirib və ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini hədəfə alıb.

Livan hökuməti bu dövrdə ölkədə məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martdan bu yana İsrail hücumları nəticəsində 2600-dən çox insan həyatını itirib.

ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minmiş 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını bəyan edib.

Buna baxmayaraq, İsrail ordusu Livanın cənubunda əməliyyatlarını, o cümlədən yaşayış evlərinin dağıdılmasını davam etdirir. Hizbullah isə atəşkəsin pozulduğunu əsas gətirərək İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş