izmedia.az xəbər verir ki, amerikalı milyarder Elon Musk-ın rəhbərlik etdiyi SpaceX şirkəti səhmlərinin birjada yerləşdirilməsi üçün rəsmi müraciət edib.
Məlumata görə, şirkət ilkin ictimai təklif (IPO) prosesi çərçivəsində sənədləri ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edib.
Sənədlərdə SpaceX səhmlərinin Nasdaq birjasında “SPCX” simvolu ilə ticarətə çıxarılmasının planlaşdırıldığı bildirilib.
Qeyd olunur ki, şirkətdə iki növ səhm strukturu olacaq. “A” qrup səhmlər açıq bazarda satışa çıxarılacaq və hər səhm bir səs hüququ verəcək. Elon Muskın əlində qalacaq “B” qrup səhmlər isə hər səhm üçün 10 səs hüququna malik olacaq.
Beləliklə, Mask şirkət birjaya çıxarıldıqdan sonra da idarəetməyə nəzarəti qoruyub saxlayacaq.
Məlumata əsasən, IPO prosesinə Goldman Sachs, Morgan Stanley, JPMorgan və digər iri maliyyə qurumları rəhbərlik edəcək.
ABŞ mediası bu IPO-nun bazar tarixində ilk “trilyon dollarlıq” birja çıxışlarından biri ola biləcəyini yazır. SpaceX səhmlərinin birjada ticarətinə iyunun 12-də başlanacağı iddia olunur.
![]()
