Türkiyə millisinin üzvü, İspaniyanın Real Madrid klubunda çıxış edən Arda Güler aprel ayı üçün komandasının ən yaxşı oyunçusu seçilib.
izmedia.az xəbər verir ki, bu mövsüm göstərdiyi performansla diqqət çəkən gənc futbolçu növbəti fərdi mükafata layiq görülüb.
Xüsusilə Almaniyanın Bayern Munich klubuna qarşı keçirdiyi oyunda vurduğu iki qol onun geniş rezonans doğurmasına səbəb olub və nəticədə o, “Real Madrid”də ayın oyunçusu adına layiq görülüb.
Aprel ayı ərzində Arda Güler “Real Madrid” forması ilə Mallorca, Girona, Alavés və “Bayern Munich”ə qarşı oyunlarda iştirak edib. Bu matçlarda o, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, gənc futbolçu cari mövsümdə “Real Madrid”in heyətində 50 oyuna çıxıb. Bu görüşlərdə Arda Güler 6 qol vurub, 14 məhsuldar ötürmə edib və ümumilikdə 20 qola birbaşa töhfə verib.
![]()
