İran ABŞ-a son təklifini verdi!

Nərmin
1 Min Read

Son xəbərlərə görə, İranın müharibəyə son qoymaq məqsədilə Pakistan vasitəçiliyi ilə ABŞ-a yeni təklif göndərdiyi bildirilir.

izmedia.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına əsasən, Tehran danışıqların yekun layihə mətnini aprelin 30-da axşam saatlarında ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynayan Pakistana təqdim edib.

Bildirilib ki, İranın yeni təklifi tərəflər arasında danışıqları yenidən aktivləşdirməyə yönəlib. Lakin təklifin məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Eyni zamanda, “Axios” portalının məlumatına görə, İran ötən həftə sonu ABŞ-a Hörmüz boğazının yenidən açılması və müharibənin dayandırılması ilə bağlı təklif irəli sürüb, həmçinin nüvə danışıqlarının növbəti mərhələyə keçirilməsinin təxirə salınmasını istəyib.

Məlumata əsasən, bazar ertəsi Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff layihə sənədinə bir sıra dəyişikliklər təqdim edib və nüvə məsələsinin yenidən gündəmə gətirilməsinə diqqət yetirib. Mənbə bildirib ki, bu dəyişikliklərdən biri İranın zənginləşdirilmiş uranı bombalanmış nüvə obyektlərindən daşımamaq və danışıqlar davam etdiyi müddətdə həmin obyektlərdə heç bir fəaliyyəti yenidən başlatmamaq öhdəliyi götürməsi tələbi olub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş