Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
İzmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, zərərçəkmişin qızı, 24 yaşlı S. Abdullayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı S.Abdullayevanın taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib.
Faktla bağlı araşdırma davam etdirilir.
![]()
