Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Izmedia.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində 3 nəfər – Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra məlum olacaq.

![]()

