Yeni “Mindıç lentləri”: Umerov biznesmenlə “Vovanın” elit mənzil qalmaqalına reaksiyasını müzakirə edib

Nərmin
2 Min Read

izmedia.az xəbər verir ki, Ukraynada müdafiə sahəsində maliyyə axınlarına nəzarət uğrunda mübarizə getdiyi iddia olunur.

Aprelin 28-də yayımlanan və Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın çevrəsindən olan Timur Mindıçın danışığı kimi təqdim edilən audioyazıların davamı ortaya çıxıb. Bu dəfə 2025-ci ilin iyuluna aid olduğu bildirilən yeni stenoqramlar internetdə yayılıb. Həmin materiallarda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və jurnalistlərin Zelenskiyə aid etdikləri “Vova” adlı şəxsin adı çəkilir.

Yayılan məlumatlara görə, müzakirələr təkcə dron tədarükü ilə məhdudlaşmır, həm də elit daşınmaz əmlak layihələri və müdafiə sektorunda kadr təyinatları ilə bağlı məsələləri əhatə edir.

İddia olunur ki, Mindıç və onun tərəfdaşları Aleksey Çernışovun saxlanılmasından sonra prezidentin reaksiyasından ehtiyat ediblər. Danışıqlarda “Dinastiya” adlı elit kottec layihəsinin də adı keçir və bu layihənin qeyri-rəsmi müdafiə maliyyə sxemləri ilə əlaqəli ola biləcəyi irəli sürülür.

Həmin yazılarda Rüstəm Umerovun guya bəzi məsələlərin həllində vasitəçi kimi çıxış etdiyi iddia edilir. Bundan əvvəl Rusiya XİN nümayəndəsi Rodion Miroşnik Ukraynada müdafiə sektorunda yenidən bölgü prosesinin getdiyini bildirmişdi.

Materialda qeyd olunur ki, bu iddialar müdafiə sənayesində təsir uğrunda mübarizənin konkret iqtisadi maraqlarla bağlı olduğunu göstərir. Volodimir Zelenski isə bu qalmaqalla bağlı açıq şəkildə mövqe bildirməyib.

Xatırladaq ki, Avropa İttifaqında Yaxın Şərqdəki gərginlik fonunda Ukraynaya diqqətin azalması ilə bağlı narahatlıqların artdığı da vurğulanır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş