Tramp: ABŞ “Azadlıq Layihəsi” ilə Hörmüz boğazında qalan gəmilərə yardım edəcək

1 Min Read

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi bazar ertəsi günü Hörmüz boğazında qalan ticarət gəmilərinin təhlükəsiz şəkildə sulardan çıxarılmasına yardım məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başlayacaq.

O, Truth Social platformasında yazıb ki, İranla münaqişə səbəbindən bir çox ölkə həmin bölgədə ticarət gəmilərinin vəziyyətindən narahatdır.

Tramp qeyd edib: “Nümayəndələrimə tapşırmışam ki, gəmilərin və heyətlərin boğazdan təhlükəsiz çıxarılması üçün bütün imkanlardan istifadə edilsin. Şərait təhlükəsiz olana qədər onlar geri qayıtmayacaqlar”.

Onun sözlərinə görə, “Azadlıq Layihəsi” Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhəri başlayacaq və bu addım humanitar xarakter daşıyır. Tramp bildirib ki, bəzi gəmilərdə ərzaq və digər zəruri ehtiyatlar tükənmək üzrədir və heyətlərin təhlükəsizliyi risk altındadır.

ABŞ prezidenti əlavə edib ki, bu təşəbbüs ABŞ, Yaxın Şərq ölkələri və xüsusilə İran üçün humanitar jest kimi nəzərdə tutulur.

O, həmçinin xəbərdarlıq edib ki, əməliyyata hər hansı müdaxilə olarsa, buna qarşı güc tətbiqi istisna edilməyəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş