UKMTO: Hörmüz boğazı yaxınlığında tankere naməlum mərmilər atılıb

1 Min Read

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib ki, Hörmüz boğazı yaxınlığında, Birləşmiş Ərəb Əmirliklərinin sahilləri istiqamətində bir tankerin naməlum mərmilərlə hədəfə alındığı barədə məlumat daxil olub.

Qurumun açıqlamasında qeyd edilir: “UKMTO BƏƏ-nin Fujayra şəhərindən 125,9 km şimalda baş verən hadisə barədə məlumat alıb. Bir tankerin naməlum mərmilərlə vurulduğu bildirilib”.

Məlumata görə, hadisə nəticəsində gəmidə olan bütün heyət üzvləri təhlükəsiz vəziyyətdədir. Ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat yoxdur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş