Orban: Macarıstan benzin qiymətlərinə məhdudiyyəti ləğv etməyəcək

1 Min Read

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa Komissiyası bütün Aİ üzv ölkələrindən istehlakçıların maraqlarını qorumaq üçün tətbiq edilən yanacaq qiymət məhdudiyyətlərinin ləğvini tələb edir. Lakin o, Macarıstanın Brüsselin tələblərinə tabe olmayacağını qeyd edib.

Orban ölkədə əvvəllər tətbiq edilən yanacaq qiymət məhdudiyyətinin qüvvədə qalacağını təsdiqləyib. O, video müraciətində bildirib ki, Avropada neft böhranı yaxınlaşır və yanacaq qiymətlərində kəskin artım müşahidə olunur.

Baş nazirin sözlərinə görə, “bütün hesablamalara əsasən, Avropada enerji böhranı qaçılmazdır”. O əlavə edib ki, Avropa Komissiyası bu yanaşmanı tənqid edir və Aİ ölkələrindən yanacaq qiymətlərinə qoyulan yuxarı hədlərin ləğvini tələb edir. Orbanın fikrincə, belə bir addım benzin və dizel qiymətlərinin dərhal artmasına səbəb olacaq.

Macarıstan hökuməti yanacaq qiymətinə məhdudiyyəti martın 10-da müəyyən edib. Qərara əsasən, 95 oktanlı benzin üçün qiymət 595 forint (1,51 avro), dizel yanacağı üçün isə 615 forint (1,56 avro) olaraq təsbit edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş