Kolumbiyada “Noticias Caracol” (NC) televiziya kanalının məlumatına görə, “monster truck” şousu zamanı avtomobilin izdihamın üzərinə çıxması nəticəsində 3 nəfər ölüb, təxminən 40 nəfər yaralanıb.
Məlumata əsasən, hadisə yerinə bir neçə təcili yardım briqadası cəlb olunub. İlkin mərhələdə 15 yaralı olduğu bildirilsə də, sonradan bu rəqəm təxminən 40 nəfərə yüksəlib.
Qurbanlar arasında bir uşağın da olduğu qeyd edilir. Hadisə zamanı yük avtomobilini qadın sürücü idarə edib.
Nəşrin yazdığına görə, şou zamanı hər şey qaydasında gedirmiş, lakin avtomobil uçuş eniş hərəkəti edərkən sürücü idarəetməni itirib və maşın qəfil şəkildə izdihamın üzərinə doğru hərəkət edib.
İzmedia.az
![]()

