Tramp Sinin Cinpin ilə görüşünü elan edib: “dost rəqabət” və süni intellekt liderliyi uğrunda yarış

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Pekində görüş keçirəcəyini bildirib və bu səfəri “çox vacib bir səfər” adlandırıb.

Tramp Ağ Evdə kiçik biznes nümayəndələri qarşısında çıxışı zamanı iki ölkə arasındakı münasibətləri “dost, çox dost rəqabət” kimi xarakterizə edib.

Onun sözlərinə görə, Pekinə planlaşdırılan səfər 14–15 may tarixlərində baş tuta bilər.

ABŞ Prezidenti çıxışında xüsusilə süni intellekt sahəsinə diqqət çəkib. O bildirib ki, ölkədə bu sahədə yeni müəssisələrin tikintisi sürətlə davam edir və ABŞ-ın Çin üzərində texnoloji üstünlüyü mövcuddur.

Tramp əlavə edib: “İki həftə sonra Si Cinpin ilə görüşəcəyəm. Ona deyəcəyəm ki, biz liderik.”

Hazırda Çin tərəfi bu görüşlə bağlı rəsmi açıqlama verməyib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş