ABŞ prezidenti Tramp İranla bağlı açıqlamalar verib.

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kiçik biznes nümayəndələri ilə görüş zamanı İranla bağlı sərt açıqlamalar verib.

Tramp bildirib ki, nüvə silahlarına malik olan “təhlükəli şəxslərdən” dünya təhlükəsizliyi üçün xilas olunması vacib idi və bu addımların atılması “zəruri qərar” olub.

Onun sözlərinə görə, əvvəlki administrasiyalar bu addımı atmalı idilər, lakin bunu məhz özü həyata keçirib və bu qərardan qürur duyduğunu bildirib.

ABŞ Prezidenti İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayaraq hazırkı vəziyyəti “kiçik miqyaslı münaqişə” kimi qiymətləndirib.

Tramp həmçinin ABŞ-ın hərbi imkanlarına toxunaraq İranın ciddi hərbi gücünün zəiflədiyini iddia edib.

O, ABŞ-ın müxtəlif illərdə Vyetnam, İraq və Əfqanıstan kimi ölkələrdə müharibələr apardığını xatırladaraq İran məsələsində daha sürətli və effektiv addımlar atdıqlarını deyib.

Enerji qiymətləri ilə bağlı danışan Tramp bildirib ki, münaqişə başa çatdıqdan sonra qiymətlərdə azalma gözlənilir.

Çıxış zamanı o, gələcəkdə vəzifədən ayrıldıqdan sonra vergi güzəştlərindən istifadə ilə bağlı zarafatyana ifadə işlədib və bu, zalda gülüşlə qarşılanıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş