Almaniyadakı səfir Əhməd Ələttar Euractiv xəbər agentliyinə açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri İranla bağlı gərginlik fonunda Avropadan “səmimi və real dəstək” gözləyir.
Onun sözlərinə görə, Əbu-Dabi Avropa müttəfiqlərinin yalnız bəyanatlarla kifayətlənməsini deyil, konkret addımlar atmasını istəyir: “Biz boş sözlər deyil, həqiqi dəstək görmək istəyirik”.
Ələttar qeyd edib ki, bir çox ölkə və beynəlxalq təşkilatlar BƏƏ-ni dəstəkləsə də, onların mövqeləri fərqli olub – bəzi hallarda güclü və qiymətləndirilən dəstək göstərilsə də, digər hallarda yalnız praktiki nəticəsi olmayan açıqlamalar verilib.
Diplomat vurğulayıb ki, regionda gərginliyə baxmayaraq, BƏƏ iqtisadiyyatı sabit, dayanıqlı və qlobal iqtisadi sistemə inteqrasiya olunmuş şəkildə fəaliyyətini davam etdirir.
İzmedia.az
![]()

