İzmedia.az xəbər verir ki, Slovakiya hökuməti NATO qarşısında müdafiə xərcləri öhdəliyini yerinə yetirmək üçün qeyri-adi üsula əl atıb. Məlumata görə, ölkədə tikilən bəzi mülki xəstəxanalar “ikili təyinatlı obyekt” kimi müdafiə xərclərinə daxil edilir.
Financial Times-ın məlumatına əsasən, bu addım olmadan Slovakiyanın hərbi xərcləri ÜDM-in cəmi 1,74%-ni təşkil edəcəkdi. Lakin xəstəxanaların müdafiə infrastrukturu kimi göstərilməsi nəticəsində bu göstərici formal olaraq NATO-nun tələb etdiyi 2%-lik həddə çatdırılıb.
Müxalifət nümayəndələri bu qərarı tənqid edərək bildiriblər ki, səhiyyə obyektlərinin maliyyəsi üçün nəzərdə tutulan vəsaitlər dolayısı ilə hərbi büdcəyə yönəldilir.
Hökumət isə qərarı müdafiə edərək qeyd edir ki, həmin xəstəxanalar fövqəladə vəziyyət və müharibə şəraitində ölkənin müdafiə sisteminə xidmət edə bilər.
Bununla belə, NATO daxilində bəzi ekspertlər bu yanaşmanı şübhə ilə qarşılayır və alyansın artıq Slovakiyanın müdafiə xərcləri üzrə audit apardığı bildirilir.
![]()
