Taybey siçovullara qarşı müharibə elan edir: hantavirus təhlükəsinə görə genişmiqyaslı təmizləmə başlayır

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Tayvanın paytaxtı Taybeydə hakimiyyət siçovullarla mübarizə üzrə genişmiqyaslı kampaniyaya start verir. Qərar şəhərdə hantavirusla yoluxma halları və onlardan birinin ölümcül nəticələnməsindən sonra qəbul edilib.

Məlumata görə, 2026-cı ildə Taybey və Yeni Taybey bölgələrində iki yoluxma halı qeydə alınıb. Yanvar ayında Da’an rayonunda 70 yaşlı kişi xəstəlikdən dünyasını dəyişib. Mart ayında qeydə alınan ikinci xəstəlik halında isə pasiyent sağalıb və xəstəxanadan buraxılıb.

Şəhər meri Tsyan Vanan bütün 12 rayonu əhatə edəcək siçovullarla mübarizə proqramı elan edib. Plan çərçivəsində xüsusi nəzarət qrupları yaradılacaq və şəhər administrasiyasında “gəmiricilərlə mübarizə üzrə mütəxəssis” vəzifəsi təsis ediləcək.

Rəsmilər bildirir ki, məqsəd riskləri azaltmaq və gələcək yoluxma hallarının qarşısını almaqdır. Eyni zamanda, vətəndaşlara panikaya düşməmək və profilaktik tədbirlərə əməl etmək çağırışı edilib.

Səhiyyə qurumları hantavirusun ciddi fəsadlar yarada biləcəyini, o cümlədən ağciyər və ürək çatışmazlığına səbəb ola biləcəyini vurğulayır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş