İzmedia.az xəbər verir ki, Şanxay şəhərində yeni mühəndislik möcüzəsi sayılan və dünyanın ən hündür “spiksiz” dönmə çarxının tikintisi planlaşdırılır.
Şanxay hakimiyyəti şəhərə yeni bir turizm simvolu qazandırmaq niyyətindədir. Planlaşdırılan layihəyə əsasən, hündürlüyü 228 metr olacaq unikal dönmə çarxı “Şanxay arxası” adlanacaq və dünya rekordunu yeniləyəcək.
Tikintinin Şanxayın şimal-şərqində, Vanşan (Baoshan) rayonunda, Yantszı çayının deltası yaxınlığında həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, layihənin icrasına 2026-cı ilin sonunda başlanacaq.
Layihənin ən diqqətçəkən xüsusiyyəti isə ənənəvi spiklərin olmamasıdır — kabinlər hərəkət etməyən dairəvi konstruksiyanın xarici halqası boyunca hərəkət edəcək. Müqayisə üçün, hazırkı rekordçu sayılan “Bohai Eye” dönmə çarxı 142,5 metr hündürlüyə malikdir və yeni layihədən xeyli kiçikdir.
Yeni attraksion Şanxayın turizm infrastrukturunun genişləndirilməsi strategiyasının bir hissəsi olacaq. Bildirilir ki, dönmə çarxı yaxınlıqdakı beynəlxalq kruiz terminalı ilə inteqrasiya ediləcək.
Layihəyə təxminən 2 milyard yuan (təxminən 293 milyon ABŞ dolları) investisiya qoyulacaq.
Şanxay son illərdə dünya turizminin ən cəlbedici mərkəzlərindən birinə çevrilib. Ötən il şəhərə təxminən 385 min Rusiya vətəndaşı səfər edib ki, bu da əvvəlki illə müqayisədə 59% çoxdur. Yeni layihənin bu göstəricini daha da artıracağı gözlənilir.
![]()
