NBC: Hörmüzdən keçən ABŞ ticarət gəmilərində hərbçilər olub

1 Min Read

NBC News telekanalı ABŞ rəsmilərinə istinadən bildirib ki, mayın 4-də Hörmüz boğazından keçən iki ABŞ ticarət gəmisində Amerika hərbçiləri yerləşdirilib.

Pentaqonun açıqlamasına görə, İran hər iki gəmini raketlər, pilotsuz uçuş aparatları və silahlı kiçik qayıqlarla hədəfə alıb. Lakin ABŞ hərbi qüvvələri bu hücumların qarşısını alıb və kiçik qayıqları məhv edib.

Telekanal qeyd edib ki, bu, ABŞ hərbçilərinin Hörmüz boğazından keçən kommersiya gəmilərində birbaşa iştirakına dair ilk məlum hadisədir.

ABŞ rəsmilərindən biri ordunun bu addımını “ehtiyatlı təhlükəsizlik tədbiri” kimi qiymətləndirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş