İzmedia.az xəbər verir ki, ABŞ federal məhkəməsi qalmaqallı maliyyəçi Ceffri Epşteyn tərəfindən yazıldığı iddia edilən əlyazma qeydi ictimaiyyətə açıqlayıb. Sənədin Epşteynin keçmiş kamera yoldaşı tərəfindən saxlanıldığı bildirilir.
Uzun illər məhkəmə arxivində qalan qeyddə Epşteyn barəsində aparılan istintaqın nəticəsiz olduğunu qeyd edib. Sənədin başlanğıcında araşdırmaların heç bir nəticə vermədiyi vurğulanır.
Qeyd ABŞ məhkəməsinin qərarı ilə məxfilikdən çıxarılıb və illər sonra ictimaiyyətə təqdim olunub.
![]()
