Polşa Almaniyadan çıxarılan ABŞ hərbi kontingentini qəbul etmək istəyir.

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Varşava Almaniyadan çıxarılması planlaşdırılan ABŞ ordusu bölmələrini öz ərazisində yerləşdirməyə hazır olduğunu rəsmən bəyan edib. Karol Navrotski bildirib ki, Polşa tərəfi artıq ABŞ hərbi kontingentinin ehtiyaclarını təmin etmək üçün bütün zəruri infrastrukturu hazırlayıb.

Lakin Polşa rəhbərliyi daxilində bu məsələyə münasibət birmənalı deyil. Baş nazir Donald Tusk daha ehtiyatlı mövqe sərgiləyərək hesab edir ki, ölkə NATO müttəfiqləri ilə ABŞ hərbi mövcudluğu uğrunda rəqabət aparmamalıdır.

Bununla yanaşı, Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri Vaşinqtonla müdafiə və diplomatiya sahəsində aktiv məsləhətləşmələrin davam etdiyini təsdiqləyiblər.

Hazırda Polşada təxminən 10 min ABŞ hərbçisi xidmət edir. Almaniyada isə bu rəqəm 36 minə çatır. Donald Tramp administrasiyasının Almaniyadakı kontingenti 5 min nəfər azaltmaq planı regionda qüvvələrin balansını əhəmiyyətli dərəcədə dəyişə bilər və Almaniyadakı ABŞ hərbçilərinin sayını 2022-ci il səviyyəsinə qaytara bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş