İzmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti əməkdaşlarına proqnoz bazarlarında və mərc platformalarında xidməti və məxfi məlumatlardan istifadə etməyi rəsmən qadağan edən daxili göstəriş yayıb.
The Wall Street Journal nəşrinin əldə etdiyi sənədə əsasən, bu cür hərəkətlər qeyri-ictimai məlumatlardan şəxsi maliyyə qazancı əldə etmək məqsədilə istifadə kimi qiymətləndirilir və ciddi pozuntu hesab olunur.
Qərarın qəbuluna səbəb ABŞ və İran arasında aparılan danışıqlar fonunda Kalshi və Polymarket kimi platformalarda mərc dövriyyəsinin sürətlə artması olub. Bu platformalar istifadəçilərə qlobal siyasi və iqtisadi hadisələrin nəticələri üzərindən mərc etməyə imkan yaradır.
Kalshi ABŞ qanunvericiliyinə uyğun fəaliyyət göstərən lisenziyalı birja kimi tanınsa da, Polymarket kriptovalyuta üzərindən işləyən mərkəzləşdirilməmiş platformadır.
Dövlət Departamenti vurğulayıb ki, diplomatların xidməti məlumatları bu cür platformalarda qazanc əldə etmək üçün istifadə etməsi yolverilməzdir.
![]()
