izmedia.az xəbər verir ki,
Misirin turizm sektoru 2026-cı ildə ciddi zəifləmə ilə üzləşib. Hurgada və Şarm əl-Şeyx kimi məşhur kurortlarda otellərin doluluq səviyyəsi təxminən 40%-ə qədər enib. Əvvəlki dövrlərdə bu göstərici 90%-ə yaxın olub.
Turist axınının azalması otel biznesini qənaət rejiminə keçməyə məcbur edib. Xüsusilə enerji və logistika xərclərinin artması xidmət səviyyəsinə təsir göstərib və “hər şey daxil” sistemində keyfiyyətin azalması müşahidə olunur.
Bəzi otellərdə qida çeşidləri azaldılıb, ucuz alternativ məhsullardan istifadə edilir. Eyni zamanda personal sayının azalması nəticəsində xidmət gecikmələri və növbələr yaranıb.
Mütəxəssislərin məlumatına görə, otel xərclərini azaltmaq üçün bəzi komplekslərdə otaqlar və korpuslar müvəqqəti olaraq bağlanır.
Turizm bazarında qiymətlər isə dəyişkən olaraq qalır və bəzi istiqamətlərdə artım, bəzi paketlərdə isə ucuzlaşma müşahidə edilir.
![]()
