Cəlilabad rayonunda məktəblilər arasında yaranan mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə çevrilib.
İzmedia.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. İlkin məlumata görə, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri — Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər. Bildirilir ki, tərəflər arasında baş verən mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanası na çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
![]()

