Şimali Koreyadan təhlükəli qərar: Kim Çen In ölsə, avtomatik nüvə zərbəsi endiriləcək

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Şimali Koreya konstitusiyasına ciddi dəyişikliklər edərək avtomatik nüvə cavabı mexanizmi yaradıb. Yeni qaydalara əsasən, ölkə lideri Kim Çen Inın ölümü və ya nüvə qüvvələrinin idarəetmə sisteminin sıradan çıxması halında avtomatik və dərhal nüvə zərbəsi endiriləcək.

Cənubi Koreyanın Yonhap agentliyi və Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, Pxenyan “ölü əl” sistemi kimi tanınan mexanizmi tətbiq edir. Yeni müddəalar düşmən qüvvələrinin hücumu zamanı əlavə təsdiq və yoxlama olmadan nüvə silahının istifadəsini nəzərdə tutur.

Məlumata görə, Şimali Koreya ABŞ və İsrailin İrana qarşı əməliyyatlarını diqqətlə izləyib. Ekspertlər hesab edir ki, Pxenyan rəhbərliyi liderin hədəfə alınması riskinə qarşı çəkindirici addım atmağa çalışır.

Kim Çen In martın 24-də etdiyi çıxışında denuklearizasiyadan imtinanın düzgün qərar olduğunu bildirib və ölkənin təhlükəsizliyinin yalnız güc yolu ilə təmin ediləcəyini vurğulayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş