“Qara qızıl”ın sonu? Dünya neft emalı 2035-ci ilə qədər 21% azala bilər

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, analitiklər yaxın on ildə dünya neft emalı sənayesində ciddi geriləmə olacağını proqnozlaşdırırlar.

“İmplementa” konsaltinq şirkətinin araşdırmasına görə, 2035-ci ilə qədər qlobal neft emalı gücləri mövcud səviyyə ilə müqayisədə 21 faiz azala bilər. Hesabata əsasən, ümumi gücü gündəlik 18,4 milyon barel olan neft emalı müəssisələri bağlanma riski ilə üz-üzədir.

Məlumata görə, son illərdə dünya artıq təxminən 9 milyon barel həcmində emal gücünü itirib. Ən böyük azalma Çində qeydə alınıb. Sonrakı yerlərdə Avropa və Şimali Amerika qərarlaşıb.

Ekspertlər bildirirlər ki, Çində aşağı texnologiyalı zavodların bağlanması, Avropada isə bəzi müəssisələrin bioyanacaq istehsalına keçməsi bu prosesin əsas səbəblərindəndir.

Araşdırmada qeyd olunur ki, ən ciddi vəziyyət Avropada yaşana bilər. Proqnozlara görə, region mövcud neft emalı gücünün təxminən yarısını itirə bilər.

Analitiklər bunu sərt ekoloji tələblər, yüksək vergi yükü və “yaşıl enerji”yə keçid nəticəsində neft məhsullarına tələbatın azalması ilə əlaqələndirirlər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş