Puşkov: ABŞ İranın razılığı olmadan zənginləşdirilmiş uranı çıxara bilməz

1 Min Read

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey Puşkov ABŞ prezidenti Donald Trampın Vaşinqtonun gec-tez İranın uran ehtiyatlarını ələ keçirəcəyi barədə bəyanatına münasibət bildirib.

Puşkov qeyd edib ki, Tehranın razılığı olmadan İranın zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması mümkün deyil.

Onun sözlərinə görə, nüvə materiallarının hərbi əməliyyatlar şəraitində təhlükəsiz şəkildə daşınması praktik baxımdan son dərəcə çətindir.

“Nüvə materiallarının çıxarılması və müharibə şəraitində təhlükəsiz daşınması faktiki olaraq mümkün deyil. Bunun üçün sülh şəraiti, zənginləşdirilmiş uranın təhvil verilməsi ilə bağlı razılaşma, MAQATE ilə ətraflı fəaliyyət planı, həmçinin İranın qeyd-şərtsiz razılığı və əməkdaşlığı lazımdır”, – deyə Puşkov bildirib.

O vurğulayıb ki, sadalanan şərtlərin heç biri hazırda mövcud deyil.

“ABŞ müşahidə edə bilər, lakin İranın razılığı olmadan zənginləşdirilmiş uranı çıxara bilməz”, – deyə rusiyalı senator əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş