Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev “The Wall Street Journal” (WSJ) qəzetinin Avropa liderləri ilə bağlı dərc etdiyi məqaləyə münasibət bildirib.
Dmitriyev sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, WSJ redaktorları Avropa bürokratlarının uğursuzluqlarını artıq inkar edə bilmədiklərini anlayıblar.
“Hamısı doğrudur. Niyə WSJ birdən-birə belə nəticəyə gəldi? Avropa İttifaqının bürokratları sadəcə olaraq öz fəlakətli uğursuzluqlarını artıq gizlədə bilmirlər. Tezliklə bunun hesabını verəcəklər”, – deyə o, X sosial şəbəkəsində yazıb.
RDIF rəhbərinin sözlərinə görə, qəzetin məqaləsində zəif iqtisadiyyat, immiqrasiyaya qarşı artan narazılıq və Avropada populist partiyalara dəstəyin yüksəlməsi fonunda qitə liderlərinin rekord səviyyədə populyarlıq itkisi yaşadığı vurğulanıb.
İzmedia.az
![]()

