ABŞ-lı ekspert: Vaşinqton Rusiyanın İran uranı ilə bağlı təklifini qəbul etməlidir

1 Min Read

Vaşinqtonda yerləşən “Defense Priorities” beyin mərkəzinin baş elmi işçisi və hərbi təhlil proqramının direktoru Cenifer Kavanaq TASS-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin İranla bağlı təkliflərini şərh edib.

Ekspertin fikrincə, ABŞ Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı təklifini qəbul etməlidir. O hesab edir ki, bu addım Moskva və Vaşinqton arasında daha geniş ikitərəfli dialoqun başlanmasına şərait yarada bilər.

“Düşünürəm ki, Prezident Tramp Putinin İranın yüksək zənginləşdirilmiş nüvə materialının alınması ilə bağlı təklifini qəbul etməlidir. Əgər ABŞ və Rusiya İranın nüvə probleminin həlli üçün birgə işləyə bilsələr, bu, strateji sabitlik danışıqları da daxil olmaqla, daha geniş dialoqa başlanğıc ola bilər”, – deyə Kavanaq bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə mayın 9-da jurnalistlərlə söhbətində bildirib ki, İranın zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı təkliflər hələ də müzakirə mərhələsindədir.

Putin qeyd edib ki, bu ideya həyata keçirilərsə, İran materialın dost ölkəyə təhvil verilməsi ilə bağlı təminat əldə edə bilər.

“Əgər hamı razılaşarsa, İran əmin ola bilər ki, bu materiallar nüvə enerjisi sahəsində əməkdaşlıq edən dost ölkəyə verilir. İranın silah proqramları kimi heç bir məqsədi yoxdur”, – deyə Rusiya prezidenti bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş