İsrailin Baş naziri Binyamin Netanyahu mayın 10-da ABŞ-la hərbi əməkdaşlığın maliyyə komponentindən mərhələli şəkildə imtina etmək niyyətində olduğunu açıqlayıb.
CBS News-a verdiyi müsahibədə Netanyahu bildirib: “Hərbi əməkdaşlığımızın maliyyə komponentini tədricən sıfıra endirmək istəyirəm”.
Qeyd olunur ki, hazırda Təl-Əviv Vaşinqtondan ildə təxminən 3,8 milyard ABŞ dolları həcmində hərbi maliyyə yardımı alır. Netanyahu bu yardımın azaldılmasına indi başlamağın vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu proses üçün nəzərdə tutulan proqram növbəti 10 il ərzində həyata keçirilə bilər, lakin onun fikrincə, dəyişikliklər daha sürətli də baş verə bilər.
İzmedia.az
![]()

