Putin və Paşinyan Moskvada görüşəcək

1 Min Read

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacaq.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunacaq. Həmçinin Avrasiya məkanında inteqrasiya əməkdaşlığı da gündəmdə olacaq.

Tərəflər regional məsələlərə, xüsusilə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, martın 23-də Putin və Paşinyan telefon danışığı apararaq yaxın vaxtlarda şəxsi görüş barədə razılığa gəlmişdilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş