Microsoft İsrail ofisini Fransaya köçürür

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Microsoft-un İsraildəki ofisinin fəaliyyətinin müvəqqəti olaraq Fransadan idarə , olunacağı bildirilib.

Məlumata görə, şirkətin sistem və proqramlarının İsrail ordusunun Qəzza əməliyyatlarında istifadə edilməsi ilə bağlı iddialardan sonra daxili araşdırma başlanıb. Araşdırma çərçivəsində İsrail ofisinin rəhbərliyində də dəyişiklik edildiyi qeyd olunur.

Yeni rəhbər təyin olunana qədər İsrail ofisinin fəaliyyətinin Microsoft Fransa tərəfindən idarə ediləcəyi açıqlanıb.

Rəsmi Tel-Əviv və Microsoft tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş