izmedia.az xəbər verir ki, İsrail Parlamenti (Knesset) 7 oktyabr 2023-cü il hadisələri ilə əlaqələndirilən fələstinlilərə ölüm cəzasının tətbiqini nəzərdə tutan və məhkəmə proseslərinin ictimai keçirilməsinə imkan verən mübahisəli qanun layihəsini qəbul edib.
Məlumata görə, 120 yerlik parlamentdə keçirilən səsvermədə 93 deputat layihənin lehinə səs verib, əleyhinə və bitərəf səs olmayıb. Qanun layihəsinə əsasən, bu işlər xüsusi hərbi məhkəmələrdə baxılacaq və bəzi hüquqi prosedurlar dəyişdirilə biləcək.
Eyni zamanda, məhkəmə proseslərinin müəyyən hissələrinin video və səs yazısı ilə qeydə alınaraq ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
Qanunun beynəlxalq hüquq və insan haqları təşkilatları tərəfindən tənqid olunduğu da qeyd edilir
![]()
