Slovakiyada sovet abidələrinin təhqiri cinayət hesab olunacaq

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Slovakiya parlamenti İkinci Dünya müharibəsi memoriallarının və sovet əsgərlərinin məzarlarının təhqir olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.

Məlumata görə, ölkənin Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə müharibə abidələrinin zədələnməsi və ya təhqir edilməsi artıq inzibati yox, cinayət əməli hesab olunacaq.

Tibor Gašpar bildirib ki, xüsusilə sovet əsgərlərinin xatirəsinə ucaldılmış memorialların qorunmasına xüsusi önəm verilir. Onun sözlərinə görə, bu cür vandalizm halları tarixi yaddaşa və həlak olan insanların xatirəsinə hörmətsizlikdir.

Qanunverici əlavə edib ki, son illərdə Avropada gənclər arasında İkinci Dünya müharibəsinin tarixinin təhrif olunması halları artır. O qeyd edib ki, bəzi dairələr qələbəni yalnız ABŞ və Böyük Britaniya ordularının adına yazmağa çalışır.

Gaspar vurğulayıb ki, sovet əsgərlərinin nasizmə qarşı mübarizədə verdiyi qurbanlar unudulmamalıdır və onların xatirəsinin qorunması dövlət üçün vacib məsələdir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş