Donald Tramp Si Cinpini Ağ Evə dəvət edib

1 Min Read

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Çin Prezidenti Si Cinpini və onun həyat yoldaşını sentyabrın 24-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.

Tramp Pekində təşkil olunan rəsmi ziyafət zamanı çıxış edərək bildirib: “Cənab Prezident, göstərdiyiniz möhtəşəm qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Bu gün sizi və xanım Penni sentyabrın 24-də Ağ Evə dəvət etməkdən şərəf duyuram. Sizi qarşılamağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasının da həmin günlərdə Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş