Tramp və Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıblar

1 Min Read
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin görüş zamanı Hörmüz boğazından gəmilərin sərbəst keçidinin təmin edilməsinin vacibliyi barədə razılığa gəliblər.

Agentlik adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən yazıb: “İrana gəldikdə, hər iki tərəf enerji axınının fasiləsizliyini təmin etmək üçün Hörmüz boğazının açıq qalmasının vacibliyi ilə razılaşıb”.

Mənbənin sözlərinə görə, Çin lideri görüş zamanı Pekinin boğazın hərbiləşdirilməsinə və həmin marşrutdan istifadəyə görə ödəniş tələb olunmasına qarşı olduğunu bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş