NYT: Avropa liderləri Trampa qarşı onun öz taktikasından istifadə etməyə başlayıb

2 Min Read

ABŞ-ın İranla münaqişəsinin nəticələri fonunda Avropa İttifaqı liderləri ABŞ Prezidenti Donald Trampla münasibətlərdə onun siyasi taktikasını tətbiq etməyə başlayıblar. Bu barədə “The New York Times” qəzetində dərc olunan analitik məqalədə bildirilib.

Qəzet yazır ki, “Avropa Trampın taktikasını mənimsəyir: üzr istəməmək. ABŞ-ın İrandakı müharibəsinin nəticələri ilə üzləşən Avropa liderləri prezidenti açıq şəkildə tənqid etdilər və o qəzəbləndikdə belə geri addım atmadılar”.

Avropa liderləri mövqelərini dəyişməyib

Məqalədə qeyd olunur ki, Avropa siyasətçiləri Trampın İranla bağlı siyasətinə və ABŞ-ın münaqişədəki roluna görə tənqidlərini davam etdiriblər.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin ABŞ prezidentinin Hörmüz boğazı ilə bağlı təzyiqlərindən “məmnun” olduğunu dediyi bildirilir. Almaniya kansleri Fridrix Merts isə ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması ilə bağlı açıqlamaları “sakit şəkildə” qəbul edib.

İtaliyanın Baş naziri Corcia Meloni də Donald Trampı Papa XIV Leo ilə bağlı açıqlamalarına görə tənqid edib.

“The New York Times” vurğulayır ki, adı çəkilən Avropa liderlərindən heç biri son açıqlamalarına görə Trampdan üzr istəməyib və qəbul etdikləri siyasi xəttdən geri çəkilməyib.

“Geri çəkilməmək” siyasəti

Məqalədə qeyd olunur ki, bu davranış əslində Trampın öz siyasi üslubunun əsas elementlərindən biridir. Qəzetin fikrincə, ABŞ prezidenti uzun illərdir “geri addım atmamaq” prinsipini siyasi brendinin əsas hissəsinə çevirib.

Analitik yazıda həmçinin vurğulanır ki, Donald Tramp indiyədək nə açıqlamalarına, nə də siyasi addımlarına görə üzr istəməsi ilə tanınmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş