İlon Mask Tramp və Si Cinpinlə banketdə qeyri-adi davranışı ilə gündəm oldu: sosial şəbəkələrdə fotolar viral yayıldı

Nərmin
1 Min Read

ABŞ-li iş adamı Elon Musk Pekində keçirilən rəsmi dövlət qəbulunda diqqət çəkən davranışı ilə sosial şəbəkələrin gündəminə düşüb. O, ABŞ və Çin liderləri ilə birlikdə iştirak etdiyi tədbirdə qeyri-adi mimikalar göstərib və bu görüntülər qısa zamanda viral olub.

Fotolarda Maskın rəsmi mərasim zamanı üz ifadələrini dəyişdirdiyi, bəzən isə “bəyənmə” jesti olaraq baş barmağını qaldırdığı görünür. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə edilib.

Tədbirdə ABŞ və Çin nümayəndə heyətlərinin yüksək səviyyəli görüşü və dövlət banketi təşkil olunub. Mərasimə ABŞ prezidenti Donald Trump və Çin lideri Xi Jinping də qatılıb.

Maskın davranışı barədə sosial mediada fərqli reaksiyalar ortaya çıxıb. Bəzi istifadəçilər bunu əyləncəli və onun xarakterinə uyğun hesab etsələr də, digərləri belə rəsmi tədbirdə davranışın protokola uyğun olmadığını bildiriblər.

Hadisə ABŞ və Çin nümayəndə heyətinin Pekinə səfəri fonunda baş verib. Səfərdə bir sıra iri şirkət rəhbərləri də iştirak edib.

Qeyd edək ki, Mask daha əvvəl Tesla və SpaceX ilə bağlı yeni layihələrə başladığını açıqlamışdı.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş