Tramp: ABŞ Çinlə “əla ticarət razılaşmaları” əldə edib

0 Min Read

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinlə “fantastik ticarət razılaşmaları” əldə edib.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Tramp ABŞ və Çinin bir sıra ticarət razılaşmalarına nail olduğunu, lakin bu razılaşmaların detallarını açıqlamadığını bildirib.

Jurnalistlərdən birinin Çinə səfərindən məmnun qalıb-qalmadığı ilə bağlı sualına cavab verən ABŞ prezidenti yalnız baş barmağını yuxarı qaldıraraq münasibət bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş