Merts: Tehran danışıqlara qayıtmalı və Hörmüz böhranı dayandırılmalıdır

1 Min Read

Almaniya kansleri Fridrix Merts X sosial şəbəkəsində paylaşım edərək İranı danışıqlar masasına qayıtmağa çağırıb.

O yazıb ki, Tehran “regionu və dünyanı girov vəziyyətində saxlamağı dayandırmalı” və Hörmüz boğazının blokadasına son qoymalıdır.

Merts əlavə edib ki, İran nüvə silahı əldə etməməlidir və regionda tərəfdaşlara qarşı yeni təhdid və hücumlar yolverilməzdir.

Almaniya kansleri həmçinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edilən hücumlara da münasibət bildirib. Onun sözlərinə görə, BƏƏ bir daha İran dronları və raketlərinin hədəfinə çevrilib.

“Biz bu hücumları qətiyyətlə pisləyirik və BƏƏ xalqı ilə, eləcə də regiondakı tərəfdaşlarımızla həmrəyik”, – deyə Merts qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş