Çin: İran münaqişəsinin tez həlli həm regiona, həm də dünyaya faydalıdır

1 Min Read

Çin Xarici İşlər Nazirliyi bildirib ki, İran ətrafında yaranmış münaqişənin davam etməsi üçün heç bir əsas yoxdur və onun mümkün qədər tez həlli bütün tərəflər üçün faydalı olardı.

Nazirliyin bəyanatında qeyd olunub: “Heç vaxt baş verməməli olan bu münaqişənin davam etməsi üçün heç bir səbəb yoxdur. Vəziyyətin tez həlli həm ABŞ və İran, həm region ölkələri, həm də dünya üçün faydalı olardı”.

Məlumatda bildirilir ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. 7 apreldə Vaşinqton İranla iki həftəlik “ikitərəfli” atəşkəs elan edib.

11 apreldə tərəflər Pakistanın paytaxtı İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. Lakin Tehran və Vaşinqton arasında mövcud fikir ayrılıqları səbəbindən uzunmüddətli razılaşma əldə olunmayıb.

21 apreldə ABŞ Prezidenti İranla atəşkəsin uzadılması planlarını açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə isə Tehran bu uzadılmanı tanımaq niyyətində deyil və öz milli maraqlarına uyğun addımlar atacağını bildirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş