Rusiya Hərbi İstintaq İdarəsinin rəisi Konstantin Korpusov TASS-a açıqlamasında bildirib ki, Rusiya tərəfindən “xüsusi hərbi əməliyyat”ın başlanmasından bu yana 700-dən çox ukraynalı döyüşçü ağır cəzalara məhkum edilib.
Onun sözlərinə görə, həmin şəxslərdən 24 nəfər ömürlük həbs cəzası alıb, digərləri isə 16 ildən 25 ilə qədər azadlıqdan məhrum edilib.
Korpusov qeyd edib: “Bizim işimiz nəticəsində 700-dən çox nasist cinayətkarı ağır cəzalara məhkum edilib, onlardan 24-ü ömürlük həbs cəzası alıb, qalanları isə 16 ildən 25 ilə qədər həbs olunub”.
Daha əvvəl yayılan məlumatlara əsasən, Rusiya hərbi istintaq orqanları Ukrayna silahlı qüvvələrinin nümayəndələrinə qarşı 2000-dən çox cinayət işi açıb.
İzmedia.az
![]()

