Peruda turist avtobusu qəzaya uğrayıb: ölənlər və yaralananlar var

1 Min Read

Peruda turist avtobusunun qayadan düşməsi nəticəsində ən azı doqquz nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

İzmedia.az xəbər verir ki, bu barədə Perunun Səhiyyə Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir ki, ölənlərdən yeddisi hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə xəstəxanada vəfat edib. Yaralıların hamısı tibbi müəssisələrə yerləşdirilib və onlara müvafiq yardım göstərilir.

Yerli RPP radiosunun məlumatına əsasən, qəza zamanı avtobus paytaxtdan Junin departamentində yerləşən Rajuntay dağı istiqamətində ekskursiyaya gedən turistləri daşıyırdı.

İlkin məlumata görə, hələlik naməlum səbəbdən sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib və avtobus təxminən 80 metr yüksəklikdən aşaraq dərəyə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş